...

Türkiyəli diplomat: ABŞ Senatının qondarma “erməni soyqırımı” ilə bağlı qətnaməsi hüquqi aspektdən məhrumdur

Nəzər nöqtəsi Materials 13 Dekabr 2019 19:08 (UTC +04:00)
ABŞ Senatında qondarma “erməni soyqırımı” ilə bağlı qətnamənin qəbul edilməsi hər hansı mənəvi və hüquqi aspektdən məhrumdur
Türkiyəli diplomat: ABŞ Senatının qondarma “erməni soyqırımı” ilə bağlı qətnaməsi hüquqi aspektdən məhrumdur

Bakı. Rufiz Hafizoğlu - Trend:

ABŞ Senatında qondarma “erməni soyqırımı” ilə bağlı qətnamənin qəbul edilməsi hər hansı mənəvi və hüquqi aspektdən məhrumdur və əslində Türkiyənin müstəqil siyasətinin qəbul olunmamasının təsdiqidir.

Bunu Trend-ə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat katibi Hüseyn Altınalan deyib.

O bildirib ki, Türkiyə öz tarixindən utanmır və tarixi hadisələrin müzakirəsinə hazırdır:

“Tarixən ölkəmiz yəhudi, alban, bosniyalı, macar, polyak, gürcü, çərkəz, abxaz və digər xalqlara qucaq açıb”.

O əlavə edib ki, Türkiyə bu gün bütün dünyada ədalət və humanizmin zirvəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti