Azərbaycan, Bakı, 25 may /Trend/
"Eurovision 2012" mahnı müsabiqəsinin final mərhələsində iştirak edən ölkələrin təmsilçilərinə Azərbaycandan verilmiş səsləri canlı efirdə Safura Əlizadə elan edəcək. Bu barədə Trend eurovision.az saytına istinadən məlumat verir.
"Eurovision" mahnı müsabiqəsində ənənəvi olaraq final səsverməsinin nəticələrini hər ölkədən bir nəfər canlı efirdə açıqlayır.
Qeyd edək ki, Safura Azərbaycanı "Eurovision 2010" mahnı müsabiqəsidə təmsil etmişdi.