Azərbaycan, Bakı, 26 may /Trend/
Azərbaycanın "Eurovision 2012" mahnı müsabiqəsindəki təmsilçisi Səbinə Babayeva dünyaşöhrətli müğənni, Böyük Britaniyanın müsabiqədəki təmsilçisi Engelbert Hamperdinklə duet oxuyacaq.
Trend eurovision.az saytına istinadən xəbər verir ki, layihədən söz açan Səbinə Babayeva bu duetin möhtəşəm olacağını deyib.
Engelbert və Səbinə "Eurovision 2012"-dən dərhal sonra bu ideyalarını gerçəkləşdirmək istəyindədirlər.