...

Albaniyanın "Eurovision 2012" təmsilçisi milyonların ruhunu oxşadı (VİDEO)

Eurovision-2012 Materials 27 May 2012 00:23 (UTC +04:00)
Albaniyanın "Eurovision 2012" təmsilçisi Rona Nişliu "Bakı Kristal Zalı"nın səhnəsində üçüncü sırada çıxış edib.
Albaniyanın "Eurovision 2012" təmsilçisi milyonların ruhunu oxşadı (VİDEO)

Azərbaycan, Bakı, 27 may /Trend/

Albaniyanın "Eurovision 2012" təmsilçisi Rona Nişliu "Bakı Kristal Zalı"nın səhnəsində üçüncü sırada çıxış edib.

Kosovonun Mitrovica şəhərində anadan olan Nişliu möhtəşəm "Eurovision" səhnəsində "Suus" adlı mahnı ilə ölkəsini qalib etmək uğrunda mübarizə aparıb.

Rona Nişliu finaldakı çıxışını birinci yarımfinaldan bir gün əvvəl onun ölkəsində baş verən yol qəzasının qurbanlarına həsr edib.

"Belə bir müsabiqədə çıxış etmək mənim üçün böyük əhəmiyyətə malikdir və mənim gələcək karyeram üçün böyük rol oynayır", - Nişliu bir az əvvəl deyib.

Xəbər lenti

Xəbər lenti