...

Aİ-nin xüsusi nümayəndəsi Yerevana səfər edəcək

Dünya xəbərləri Materials 3 Mart 2008 15:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir K.Ramazanova, E.Hüseynov/ Avropa İttifaqının (Aİ) Cənubi Qfaqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi prezident seçkilərindən sonra ölkədə yaranan vəziyyətlə əlaqədar Ermənistana səfər edəcək. Bu barədə bazar ertəsi Trend a Semnebi bildirib.

"Səfər Yerevanda fövqəladə vəziyyətin tətbiq edilməsi ilə əlaqədar bu gün başlayacaq" - deyə Brüsseldən telefonla Aİ-nin xüsusi nümayəndəsi bildirib. Diplomat səfəri ilə bağlı har hansı başqa şərh verməyib.

Bazar günü prezident Robert Köçəryanın fərmanı ilə Ermənistanda 20 gün müddətinə fövqəladə vəziyyət elan olunub. Bu tədbir hakimiyyəti 19 fevral seçkilərinin nəticələrini saxtalaşdırmaqda ittiham edən müxalifətdən olan prezidentliyə namizəd Levon Ter-Petrosyan tərəfdarlarının çox günlük mitinqinə cavab olaraq həyta keçirilib.

Şənbə günü Ermənistan polisi tərəfindən müxalifət lideri tərəfdarlarının mitinqi dağıdılan zaman qarşıdurma baş verib. Ermənistan Səhiyyə Nazirliyinin martın 3-nə olan məlumatına görə, şənbə günü və bazar günü gecə Yerevanda baş verən qarşıdurma zamanı zərər çəkənlərin ümumi sayı 131 nəfər təşkil edib ki, onlardan səkkizi güllə yarasından ölüb.

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Xavyer Solana bazar günü Yerevanda fövqəladə vəziyyətin elan olunması ilə əlaqədar Aİ ölkələrinin narahatlığını ifadə edib. Solana vəziyyətin normal istiqamətə qayıtması üçün bütün tərəfləri təmkinli olmağa çağırıb.

"Müxalifətlə dialoq bərpa olunmalıdır, belə ki, bu, irəliyə getmənin yeganə yoludur" - deyə Aİ nümayəndəsi vurğulayıb.

Semnebi şənbə günü bildirib ki, Aİ seçkilərin nəticələri ilə razı olmayan müxalifətin yaranan qarşıdurmaya cəlb olunmasından narahatdır. "Bizi gərginlik narahat edir. Belə vəziyyətdə həmişə bu və ya digər tərəfin səhv addım atması və vəziyyətin daha da gərginləşməsi təhlükəsi mövcud olur" - deyə Semnebi vurğulayıb.

Onun sözlərinə görə, Aİ-nin mövqeyi fikir ayrılığının ciddi müzakirələr mövzusu olması və məsələlərin dialoq və müəyyən edilmiş prosedur yolu ilə həll olunmasından ibarətdir.

"Hazırkı vəziyyətdə hər iki tərəf üçün məsuliyyət və bundan sonra gərginliyə yol verməmək zəruridir" - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti