...

Gürcüstanın müxalifəti aclıq aksiyasını dayandırır

Dünya xəbərləri Materials 26 Mart 2008 08:12 (UTC +04:00)
Gürcüstanın müxalifəti aclıq aksiyasını dayandırır

Gürcüstan, Tbilisi, 25 mart / Trend müxbir N.Kirsxalia/ Birləşmiş müxalifət və parlament birliyi "Yeni sağlar" aclıq aksiyasının 17-ci günündə aksiyanı dayandırdalar. Mitinqdə, müxalifət liderlərinin birinin Qiorqi Xaindravanın bildirdiyinə görə, belə bir qərar Katalikos ümumi Gürcüstanın Patriarxı İlya İkincinin xaişindən və bu əməlin xristyan dininə yaraşmadığını bildirəndən sonra qəbul edilmişdir.

"Biz Patriarxa qarşı gedə bilməzdik. Çünki onun xeyir-duası olmadan biz heç nə edə bilmərik, lakin 21 may keçirilən parlament seçkilərinin nəticələri saxtalaşdırılasa, onda inqilab baş verəcək", deyə Xaindrava bildirdi.

Onun həmkarı, Koba Davitaşvili bildirdi ki, müxalifət "İmedi" telekompaniyasını hakimiyyətə verməyəcək və sabah saat 14:00-da telekanal qarşısında aksiya başlayacaq.

Aclıq aksiyası 9 mart Gürcüstanda Birləşmiş müxalifət nümayəndələri tərəfindən parlament qarşısında başlamışdır. İştrak edənlərin sayı 9 idi, lakin ondan sonra aksiya iştrakçılarının sayı 72 çatdı.

Birqədər sonra, bir neçəsinin vəziyyəti ağır olduğundan sonra iştrakçıların sayı 35 endi.

10 mart Gürcü parlamentinin qəbul otağında "Yeni sağlar" fraksiyasının nümayəndələri 7 nəfərlə aclıq aksiyasına başladılar, bu gün onların sayı 5 çatıb.

Müxalifət, təkrarən prezident seçkilərinin keçirməsini, parlament sədrinin istefasını, MSK-nın sədrinin dəişdirilməsini, demokratik dəişiklərin, siyasi məhbusların azadlığa buraxılmasını tələb edirdilər. Patriarxın birinci müraciətindən sonra müxalifət bir tələb saxladı - mojaritar seçkilərin proporsional-ərazi prinsipi ilə keçirilməsi. Lakin, bu tələb də yerinə yetirilməmişdir.

Xəbər lenti

Xəbər lenti