...

Azərbaycan nümayəndə heyəti Tbilisidə NATO-nun konfransında iştirak edir

Dünya xəbərləri Materials 25 İyun 2008 17:13 (UTC +04:00)

Gürcüstan, Tbilisi / Trend , müxbir N.Kirtsxaliya/ Tbilisinin "Ambassador" mehmanxanasında NATO-nun"Sülh naminə tərəfdaşlıq"işgüzar konfransı keçirilir. Üç gün davam edəcək tədbir NATO-nun birgə komandanlığının və Gürcüstanın müdafiə nazirliyinin təşkilatçılığı ilə keçirilir.

Burada Azərbaycanın, Albaniyanın, Ermənistanın, Avstriyanın, Bosniya və Hersoqoviniyanın, Xorvatiyanın, Serbiya və Ukraynanın müdafiə idarələrinin nümayəndələri iştirak edirlər.

Konfransın məqsədi konfrans iştirakçılarını NATO birgə komandanlığının transformasiya sahəsındəki sınaq və inkişaf konsepsiyalarının yenilikləri ilə tanış etməkdir. Bu, tərəfdaşların NATO-nun "inkişaf konsepsiyası" layihəsinə daxil olmasına zəmin yaradacaq və informasiya mübadiləsi üçün əsas olacaq .

Ötən illər ərzində bu konfrans Finlyandiya, Xorvatiya və Makedoniyada keçirilib. Konfrans iyunun 26 - da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti