...

İran öz maraqları çərçivəsində danışıqlara hazırdır

Dünya xəbərləri Materials 5 İyul 2008 13:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 iyul / Trend , müxbir T.Cəfərov / İranın hökumət sözçüsü Qulamhüseyn İlham bu gün özünün həftəlik mətbuat konfransında bildirib ki, İran öz maraqları çərçivəsində və Beynəlxalq qaydalar əsasında hər hansı bir ölkə ilə , eləcə də "5+1" qrupu ilə danışıqlar aparmağa hazırdır.

Bu barədə İranın "İrna" xəbər agentliyi xəbər yayıb.

İlham "5+1" xarici işlər nazirlərinin məktubuna cavabda hər iki tərəfin təkliflər zərfi haqda İran İslam Respublikasının rəyinin bildirildiyini qeyd edib.

O, hər iki tərəfin təkliflər zərfinin aparılacaq danışıqların yaxşı nəticələnməsinə səbəb olacağını vurğulayıb.

"5+1" ölkələri may ayında uranın zənginləşdirilməsinin dayandırılması ilə bağlı İrana təkliflər zərfi təqdim edib. Avropa Birliyinin xarici siyasət üzrə komissarı Xavyer Solana mayın sonunda İrana səfəri zamanı ölkə rəsmiləri ilə bu məsələni müzakirə edib.

Müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti