Qazaxıstan, Astana. 5 iyul / Trend müxbir Ə.Əliyev/ Astana şəhərinin 10 illiyi münasibətilə Sülh və əmin-amanlıqї sarayında tənətənəli yubiley mərasimi keçirilib. Prezident İlham Əliyev mərasimdə iştirak edib. Yunibiley mərasiminə Türkiyə, İordaniya, Rusiya, Gürcüstan, Qırğızıstan, Türkmənistan, Tacikistan və Ermənistanın dövlət başçıları da qatılıb. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Astana şəhərinin yubileyi münasibətilə bütün həmvətənlərini təbrik edib və bayram təntənələrinə qoşulduqlarına görə xarici ölkələrin dövlət başçılarına təşəkkür edib. Bildirib ki, Astana da digər qazax şəhələri kimi sürətlə inkişaf edir və 10 il öncə Qazaxıstanın baş şəhəri kimi dünyanın siyasi xəritəsinə daxil olan Astana ölkənin tərəqqisinə tövhə verir. Dövlət başçısı deyib ki, 1994-cü lin iyulunda Qazaxıstan parlamenti paytaxtın Almaatadan Astanaya köçürülməsi haqqında qərar qəbul edib. 1997-ci ildən isə Astana Qazaxıstanın paytaxtıdır. Əvvəllər Akmola adlanan müasir Astana qazax dilində їpaytaxtї mənasını verir. їAstana qazax xalqının arzularını əks etdirirї deyən Prezident Nazarbayev paytaxtın tikintisində iştirak edən hər kəsə minnətdarlığını bildirib.
Rusiya Prezidenti Dmitri Medvedev Astananın dinamik inkişaf edən şəhərlər sırasına daxil olduğunu deyib. Bildirib ki, bu gün Rusiya-Qazaxıstan münasibətləri sürətlə inkişaf edir və Qazaxıstan Rusiya üçün strateji tərəfdaşdır. Türkiyə Prezidenti Abdulla Gül bildirib ki, Türkiyə ilə Qazaxıstanı ortaq tarix və qardaşlıq əlaqələri birləşdirir. Bu gün Türkiyə və Qazaxıstan beynəlxalq aləmdə eyni mövqedən çıxış edir. Qazaxıstanın yerləşdiyi regionda dinamik inkişafı ilə diqqəti cəlb edir. İordaniya kralı 2-ci Abdulla isə bildirib ki, dünyanın istisadi və siyasi səhnəsində Qazaxıstanın rolu artır. Astana isə regionda sürətlə inkişaf edən ölkənin paytaxtıdır. İordaniya Qazaxıstanla əlaqələrə böyük önəm verir. Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev də Astananın yubileyi münasibətilə qazax xalqını təbrik etdi, dost ölkənin vətəndaşlarına uğurlar arzulayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]