...

ABŞ-ın İstambul Konsulluğu qarşısındakı terror aktında 3 polis öldürülüb

Dünya xəbərləri Materials 9 İyul 2008 13:36 (UTC +04:00)
ABŞ-ın İstambul Konsulluğu qarşısındakı terror aktında 3 polis öldürülüb

Azərbaycan, Bakı, 9 iyul / Trend , müxbir S.İlhamqızı/ ABŞ-ın İstambul şəhərindəki Baş Konsulluğunun qarşısında bu gün polis əməkdaşlarına silahlı hücum nəticəsində 3 nəfər polis həlak olub. Bu barədə Türkiyənin Cihan Agentliyi məlumat yayıb.

Anadolu Agentliyinin məlumatına görə isə, polislərdən başqa bir neçə nəfər mülki vətəndaş da yaralanıb və xəstəxanaya çatdırılıb. Xəstəxanaya aparılan yaralı polislərdən artıq 3 nəfərinin keçindiyi, digər yaralı polisin vəziyyətinin qənaətbəxş olduğu bilidrilib. Həlak olan polislərdən birinin Konsulluğun mühafizə xidmətnin əməkdaşı, digər ikisinin yol polisi olduğu bildirilir.

Konsulluğun qarşısında atışma zamanı terrorçulardan da 3 nəfəri öldürülüb.

Polislər yerdə və vertolyotlar vasitəsilə havadan terrorçuların axtarışını həyata keçirirlər.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti