...

Rusiya qoşunları Gürcütanda "təhlükəsizlik zonaları"nda möhkəmlənirlər

Dünya xəbərləri Materials 18 Sentyabr 2008 12:45 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 18 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ Rusiya qoşunları "təhlükəsizlik zonaları"nı tərk etmək fikrində deyil və Gürcüstanın qərbində və şərqində öz mövqelərini möhkəmləndirirlər. Bu gecə onlar Cənubi Osetiyanın Cavsk rayonuna yaxın olan Saçxersk rayonunun Perevi kəndində canlı qüvvənin rotasiyasını keçiriblər, - Trend-in Gürcüstandakı xüsusi müxbiri xəbər verib.

Ora yeni zirehli texnika ilə 100 nəfər canlı qüvvə yerləşdirilib. Onlar kəndin ətrafında yerləşərək, yerli əhali arasında yoxlama aparırlar.

Rusiya qoşunları İnquri çayının sağ sahilində yerləşən Tsxororsk qəsəbəsindəki Salencix rayonunun beş kəndində mövqe tutublar. Onlar mövcudluqlarını genişləndirərək, mövqelərini möhkəmləndirirlər. Şərqi Gürcüstanda Rusiya qoşunları Karaleti kəndinə və bütün Axalqorsk rayonuna nəzarət edirlər. Bu gün Gürcüstan parlamenti bu regionlarda fövqəladə vəziyyət rejimini uzadacaq.   

Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Avqustun 12-də RF prezidenti Dmitri Medvedyev bildirib ki, "Gürcüstanı sülhə məcburetmə əməliyyatı"nın dayandırılması barədə qərar qəbul edib.

Gürcüstan ərazisində Rusiya sülhməramlılarının və beynəlxalq müşahidəçilərin saxlanılması haqqında qərar qəbul edilib. 

Xəbər lenti

Xəbər lenti