...

Polşanın baş naziri prezidentin Aİ-nın sammitinə qetməsi üçün təyyarənin ayrılmasına icazə verməyib

Dünya xəbərləri Materials 15 Oktyabr 2008 03:59 (UTC +04:00)

Polşa höküməti Polşanın prezidenti Lex Kaçinskiyə Avropa İttifaqının Brüsseldə keçiriləcək sammitinə qetməsi üçün təyyarənin ayrılmasına icazə verməyib, RİA Novosti Frans Press agentliyinə istinadən xəbər verir.

Lakin, Lex Kaçinski onsuzda söz verib ki görüşdə iştirak edəcək. "Mən Brüsselə gedəcəyəm, çox güman ki, təyyarə ilə, çünki uça bilmirəm", - agentlik prezidentin sözlərini sitat gətirir.

Polşa hökümətinin yeganə təyyarəsi, əgər Polşanın baş naziri Donald Tuskun prezident administrasiyasına ünvanladığı məktuba inansaq, çərşənbə günü digər dövlət işlərinə yönəldiləcək. Bu səbəbdən hökümət prezidentin getməsinə icazə verməyib.

Polşada hələ keçən həftədən sammitdə ölkəni kim təmsil edəcək məsələsi müzakirə predmetinə çevrilmişdir. Lex Kaçinskinin sammitdə iştirak etməsində əmin olsa belə, Donald Tusk bu imkanı istisna edir. Onun sözlərinə görə, prezidentin sammitdə iştirakı konstitusiya ilə nəzərdə tutulmur, xarici siyasəti hökümət müəyyənləşdirir.

Hökümət başçısının özü Aİ-nın sammitinə xüsusi təyyarə ilə gəlib. Nəzərdə tutulurdu ki, elə həmin təyyarə Varşavaya qayıdacaq və şənbə günü Brüsselə Polşanın prezidentini gətirəcək.

Xəbər lenti

Xəbər lenti