...

Rusiya prezidentinin müşaviri Tbilisiyə gəlib

Dünya xəbərləri Materials 24 Dekabr 2008 11:17 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 24 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ RF prezidentinin müşaviri Mixail Şvıdkoy başda olmaqla Rusiya ictimaiyyətinin nümayəndə heyəti Gürcüstan Patriarxının təşkil etdiyi "İnam və elm mədəniyyətin əsası kimi" adlı beynəlxalq konfransda iştirak etmək üçün çərşənbə günü səhər Tbilisiyə gəlib.

Yazıçı Andrey Bitov, rejissor Vadim Abdraşitov, İctimai Palatanın üzvü, jurnalist Nikolay Svanidze, "Provaslav Ensiklopediyası" Kilsə-Elmi Mərkəzinin rəhbəri Sergey Kravets, həmçinin Böyük Teatrın solistləri nümayəndə heyətinin tərkibinə daxildirlər.

"İstənilən dialoq susmaqdan yaxşıdır. Düşünürəm ki, ölkələrimiz arasında normal münasibətlərin qaydaya düşməsini istəyən insanlar əllərindən gələni etməlidirlər. Gürcüstandakı həmkarlarımızla danışıqlar aparacağıq və münasibətlərin yumşalması üçün hər hansı bir səbəb tapa bilsək, bunu edəcəyik", - deyə Tbilisi aeroportunda Şvıdkoy.

Svanidze öz növbəsində münasibətlərin yaxınlaşmaması üçün səbəb görmədiyini bildirib. "Mən əlbəttə ki, bu səfər zamanı dönüşün baş verəcəyinə inanmıram, lakin biz bunun əsasını qoya bilərik", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti