İsrail qoşunları bazar günü Qəzza Zolağında, iki həftə ərzinə tutduqları hakim movqeləri tərk edib, yerli radiostansiyalar xəbər verir.
Tanklar və piyada qoşunlar keçmiş yəhudi kəndi Nesarimi tərk ediblər. Bu yer Qəzza Zolağını iki yerə bölürdü, RİA Novosti xəbər verir. Bu qoşunlar Tel əl Xaua, Şeyx İclin, Zeytun, Muqraka və Zaxrada keçirilən təmizləmə əməliyyatında iştirak ederdilər.
İsrail qoşunları Rəfahə hava limanı ətrafında və Xan Yunis şəhərinin şərqində olan mövqələrini tərk ediblər. Bu rayonda nispi sakitlik var idi.
Hərbiçilər həmçinin Beyt-Lahiyə, Cebaliyə şəhərləri ətraflarını da tərk ediblər. Məhz bu rayonlarda qızğın döyüşlər aparılırdı.
İsrail Qəzzada hərbi əməliyyatı birtərəfli qaydada dayandırmaq qərarına gəlmişdir.