...

Dördüncü hakimiyyət dünyada önəmli rol oynayır - Rusiya XİN-in rəhbəri

Dünya xəbərləri Materials 20 Yanvar 2009 05:25 (UTC +04:00)

Rusiya, Moskva, 20 yanvar / Trend müxb. R.Ağayev/ "Təmsil etdiyiniz dördüncü hakimiyyət nəinki dövlətləriniz daxilində, həmçinin dünya miqyasında önəmli rol oynayır. Ümid edirəm ki, informasiyaların dünya ictimaiyyətinə çatdırılmasında sizin iştirakınız daha yüksək məsuliyyətlə müşahidə olunacaq". Bu sözləri Rusiya XİN-nin Yeni il münasibəti ilə əcnəbi jurnalistlərin şərəfinə təşkil etdiyi təntənəli qəbulda giriş nitqi ilə çıxış edən RF-nin xarici işlər naziri Sergey Lavrov mətbuat nümayəndələrinə müraciətdə deyib.

Rusiya xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, RF-nin XİN-i gələcəkdə də fəaliyyətinin informasiya şəffaflığı xəttinə sadiq qalacaq, müxtəlif ölkələrdə oxucu və tamaşaçıları Rusiya, onun xarici siyasəti haqqında maraqlandıran suallara cavab verməyə çalışacaq.

Öz növbəsində Xarici Jurnalistlər Assosiasiyasının prezidenti (XJA) Ədib əl-Səyid Rusiya XİN-in informasiya və mətbuat Departamenti ilə əməkdaşlığı yüksək qiymətləndirmiş, XJA və təşkilatın keçirdiyi tədbirlər haqqında geniş məlumat vermişdir.

Sonra isə Rusiya xarici işlər naziri və Xarici Jurnalistlər Assosiasiyasının prezidenti adından hədiyyələr təqdim edilib ki, burda da fərqlənənlər sırasında Trend informasiya agentliyinin Rusiyadakı müxbiri Roman Ağayev də olub. Beləliklə də, Trend Azərbaycanda analoji mükafata layiq görülən ilk KİV olub.

Xəbər lenti

Xəbər lenti