...

Türkiyə parlamenti ahıska türklərinin ikili vətəndaşlığına dair qanun qəbul edib

Dünya xəbərləri Materials 23 Fevral 2009 10:44 (UTC +04:00)

Qazaxıstan, Almatı, 23 fevral / Trend , müxbir R.Məşədihəsənli / Türkiyə Böyük Millət Məclisi dünyada baş verən iqtisadi böhranı və doğma yurdlarından 65 il əvvəl sürgün olunan ahıska türklərinin təkliflərini nəzərə alaraq, Qanunda dəyişiklik etməklə ahıska türklərinə ikili vətəndaşlıq hüququ verilməsinə dair qərar qəbul edib. Bu barədə Trend müxbirinə Dünya Ahıska Türkləri Birliyinin prezidenti, Qazaxıstan Ahıska Türkləri Milli Mərkəzinin rəhbəri Ziyaəddin İsmihanoğlu telefonla bildirib.

İsmihanoğlunun sözlərinə görə, 2009-cu il yanvarın 1-dən sonra Türkiyədə olan hər bir ahıska türkü qanun qüvvəyə mindiyi andan 3 ay müddətinə Türkiyə vətəndaşlığına keçməyə dair müraciət edərsə, Türkiyə Vətəndaşlığı haqqında qanunun şərtlərinə uyğun surətdə bütün sənədlər və şəxsiyyət haqqında bilgilər yoxlandıqdan sonra 6 ay ərzində ikili vətəndaşlıq hüququ əldə etmiş olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti