...

Etiraz aksiyası zamanı 30 vətəndaşa tibbi yardım göstərilib

Dünya xəbərləri Materials 11 Aprel 2009 10:57 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 10 aprel / Trend , müxbir N.Kirtsxalia /

Milli Forumun yaratdığı Həkimlərin Vətəndaş Komitəsi dünən Rustaveli prospektində keçirilən kütləvi aksiya zamanı 30 vətəndaşa tibbi yardım göstərib.

Milli Forumdan bildirildiyinə görə, könüllü həkimlər tam gərgin rejimdə işləyiblər.

Aksiya iştirakçıları, əsasən baş ağrısı, hipertenziya, hipotoniya, hipoqlikemiya, ayaq ağrıları, soyuqdəymə, nevroz, ürək ağrıları və digər şikayətlərlə həkimlərə müraciət ediblər. Müraciət edənlərə yerindəcə yardım göstərilib, bəzilərini isə "təcili yardım" maşınları ilə stasionara göndəriliblər. Stasionara beş nəfər göndərilib.

Həkimlərin Vətəndaş Komitəsi gələcəkdə də müxalifətin kütləvi aksiyaları zamanı növbətçiliyi davam etdirmək niyyətindədirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti