...

Azərbaycanda Peşəkar Menecer Riskləri Assosiasiyası yaradılacaq

Dünya xəbərləri Materials 30 Aprel 2009 17:11 (UTC +04:00)
Azərbaycanda Peşəkar Menecer Riskləri Assosiasiyası yaradılacaq

Azərbaycan, Bakı, 29 aprel /  Trend , müxbir N.İsmayılova /

Mayın sonunadək Azərbaycanda Peşəkar Menecer Riskləri Assosiasiyası rəsmi fəaliyyətə başlayacaq. Bu barədə çərşənbə günü Assosiasiyanın təsisçisi və rəhbəri Rüfət Mahmudov məlumat verib.

"Assosiasiyanın yaradılması ölkənin maliyyə sektorunda risklərin azalmasına təsir göstərəcək", - deyə Mahmudov bildirib.

Onun sözlərinə görə, Assosiasiya Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Azərbaycan Mərkəzi Bankı və GARP (Global Association of risk Professionals) ilə əməkdaşlığa başlayıb.

"Assosiasiya üzvlərinin sayına limit təyin edilməyəcək və Azərbaycan bankları artıq ona üzv olmağa maraq göstəriblər", - deyə Mahmudov vurğulayıb.

Onun sözlərinə görə, hazırda bank əməkdaşlarının sınağına başlanılıb və sertifikat verilməsi üçün nəticələrin təhlili aparılır.

Azərbaycanda 47 bank fəaliyyət göstərir.

Məqalə müəllifi ilə əlavqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti