...

Əfqanıstan Prezidenti ABŞ səfirinin etimadnaməsini qəbul edib

Dünya xəbərləri Materials 12 May 2009 18:23 (UTC +04:00)

"Əfqanıstan Prezidenti Həmid Kərzayi ABŞ-ın yeni səfiri Karl İken Birinin etimadnaməsini qəbul edib", - Əfqanıstanın Prezident Aparatının press-relizində deyilir.

Çərşənbə axşamı təntənəli mərasimdə Əfqanıstanın xarici işlər naziri Ranqin Dadfar və Protokol Xidmətinin rəisi Həmid Sadiq iştirak edib. Sənədin qəbulundan sonra iki ölkəni maraqlandıran məsələlər müzakirə edilib.

Yeni səfir əvvəllər NATO koalisiya qüvvələrinin komandiri olmuş Amerika generalıdır. Köhnə səfir öz postunda iki il işləyən Uilyam Vud idi.

Xəbər lenti

Xəbər lenti