...

Musəvinin köməkçisi prezident seçkilərində məğlub olmuş namizədin tərəfdarlarının iğtişaşlarla əlaqəsi olmadığını bəyan edib

Dünya xəbərləri Materials 18 İyun 2009 14:38 (UTC +04:00)
Musəvinin köməkçisi prezident seçkilərində məğlub olmuş namizədin tərəfdarlarının iğtişaşlarla əlaqəsi olmadığını bəyan edib

İranda keçirilmiş prezident seçkilərində məğlub olan Mir Hüseyn Musəvinin köməkçisi bəyan edib ki, seçkilərdən sonra iğtişaşlarda iştirak edənlərin "heç bir yolla Musavi və ya onun tərəfdarları ilə əlaqəsi yoxdur".

Gülüstan vilayətində Musəvinin seçki öncəsi kampaniyasının məsləhətçisi Mahmud Rabiyi bu yaxınlarda vandalizmlə nəticələnən iğtişaşları, bütün ölkədə polislə toqquşmaları və yandırma hallarını pisləyib, Press TV saytı məlumat verib.

"Biz İmam Xomeyninin (İslam İnqilabının sonuncu lideri) işinin davam etdirilməsində Musəvini və İslam İnqilabı uğrunda öz canlarını qurban vermiş insanları dəstəkləyirik",- Rabiyə deyib.

O həmçinin əlavə edib ki, onlar seçkilərin nəticələrinin əleyhinə çıxış edirlər, lakin öz etirazlarını susaraq ifadə edirlər. Bəzi "alçaqlar" Musəvinin və onun tərəfdarlarının adını ləkələmək məqsədilə "bizim adımızdan vandalizm aksiyaları törədir", Rabiyi deyib. Musavinin tərəfdarları seçkilərin qeyri-qanuni olmasına qanuni yollarla etiraz etməyə can atırlar.

Hazırda etirazçılar və polis arasında baş vermiş toqquşma nəticəsində 8 adamın həlak olması və bir çox adamın yaralanması barədə məlumat var.

Xəbər lenti

Xəbər lenti