...

İranda A/H1N1 virusuna yoluxanların sayı 124 nəfərə çatıb

Dünya xəbərləri Materials 4 Avqust 2009 17:09 (UTC +04:00)
İranın Səhiyyə Nazirliyi yanında İnfeksioan Xəstəliklər Mərkəzinin direktoru Məhəmməd Mehdi Guya bildirib ki, ölkədə A/H1N1 virusuna yoluxanların sayı 124 nəfərə çatıb ki, bunun da 16 faizi ölkəni tərk etməyib və əvvəlcədən yoluxan xəstələrlə bilavasitə ünsiyyətdə olarkən yoluxub.
İranda A/H1N1 virusuna yoluxanların sayı 124 nəfərə çatıb

İranın Səhiyyə Nazirliyi yanında İnfeksioan Xəstəliklər Mərkəzinin direktoru Məhəmməd Mehdi Guya bildirib ki, ölkədə A/H1N1 virusuna yoluxanların sayı 124 nəfərə çatıb ki, bunun da 16 faizi ölkəni tərk etməyib və əvvəlcədən yoluxan xəstələrlə bilavasitə ünsiyyətdə olarkən yoluxub. Bu barədə Trend IRNA dövlət agentliyinə istinadən bildirib.

O bildirib ki, bu günədək A/H1N1 virusuna yoluxma üzrə 600 nəfərdən analiz götürülüb ki, bunun da nəticəsində 124 halda diaqnoz təsdiqlənib.

Guya bildirib ki, Səudiyyə Ərəbistanından Həcc ziyarətindən qayıdan zəvvarlarla yanaşı, xəstələr arasında Böyük Britaniyadan, ABŞ-dan, Yaponiyadan, Avstraliyadan, Kanadadan və Tailanddan qayıdan İran vətəndaşları da var.

O, İran əhalisini ehtiyac olmadıqda ölkə hüdudlarından kənara çıxmamağa çağırıb.

İranın IRNA informasiya agentliyinin məlumatına əsasən, iyulun 14-də İranda A/H1N1 qripinə yoluxma üzrə bir hal təsdiqlənib, 200 nəfər yoluxmada şübhəli bilinib.

Hazırda A/H1N1 dünyanın 165 ölkəsində yayılıb və 184435 nəfərin yoluxmasına səbəb olub ki, onların 1274-ü vəfat edib. Ümumdünya Səhiyyə Təşkilatının proqnozuna əsasən, bu virusun sürətlə yayılması səbəbindən bütün dünya üzrə iki milyard insanın yoluxma təhlükəsi mövcuddur.

Xəstəliyin əsas simptomları hərarətin qalxması, boğazda ağrı, fasiləsiz öskürək, zökəm, qusma və ishaldır.

Xəbər lenti

Xəbər lenti