...

Barak Obama Yaxın Şərqə dair yeni sülh planını açıqlayacaq

Dünya xəbərləri Materials 5 Avqust 2009 15:08 (UTC +04:00)

"ABŞ Prezidenti Administrasiyası İsrail və ərəb ölkələrinə Yaxın Şərqə dair yeni sülh planını açıqlayacaq və İsraili son zamanlar gərgin münasibətlər yaşadığı ən yaxın müttəfiqinin təşəbbüs və təklifini qəbul etməyə çağırır", - Times Online məlumat verib.

İsrailin müdafiə naziri Ehud Barak deyib ki, uzun müddətdir gözlənilən plan yaxın bir neçə həftə ərzində tərəflərə təqdim olunacaq.

"Mən hesab edirəm ki, İsrail bu planı qəbul etməlidir", - Barak, müdafiə üzrə daxili komitənin iclasında deyib.

Ağ Evin rəsmi nümayəndəsi bildirib ki, yeni plan ABŞ-ın Yaxın Şərqdəki xüsusi səfiri Corc Mitçell tərəfindən elan ediləcək.

Ancaq Vaşinqton hələki təfərrüatlar haqda xəbər verməyib. Yalnız o məlumat verilir ki, plan İsrailin, müstəqil Fələstin dövlətinin yaradılması üçün ərəb dövlətləri tərəfindən tanınması göstərilən Ərəb Sülh Təşəbbüsü prinsiplərinə əsaslanacaq.

Ərəb dövlətləri və İsrail Qüds üzərində nəzarət, milyonlarla fələstinli qaçqınlar və Qərb sahilindəki yəhudi kəndləri ilə bağlı məsələlər üzrə razılığa gələ bilmirlər.

Obamanın yeni planı Suriya, Misir, BƏƏ və Livanın iştirakını da ehtiva edəcək.

Fələstinlilər İsraillə danışıqları ABŞ və Aİ-nin də tələb etdiyi kimi, Qərb sahilində yəhudi qəsəbələrinin tikintisi dondurulmayana qədər bərpa etməkdən imtina edirlər.

İsrail isə Qərb sahilindəki Mahmud Abbasın başçılıq etdiyi rəhbərlikdən İsraili yəhudi dövləti kimi tanımağı tələb edir.

Xəbər lenti

Xəbər lenti