Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hakim partiyanın keçirdiyi toplantıda Türkiyının etibarlı əllərdə olduğunu bildirib. Bu haqda Türkiyənin CNN TÜRK telekanalı məlumat verib.
"Türkiyə siyasəti və ölkə etibarlı əllərdədir", - deyə Ərdoğan qeyd edib. Baş nazir onu da bildirib ki, hakim partiya hər zaman Türkiyənin rifahı üçün çalışıb və bundan sonra da bu istiqamətdə davam edəcək.
"AKP-ni millət seçib və biz millətin xidmətindəyik. Biz millətin pulunu boş və mənasız işlərə xərcləmirik ", - deyə o qeyd edib.