...

Dağlıq Qarabağ probleminin həll edilməsi üçün Türkiyə əlindən gələni edəcək - Türkiyənin Baş naziri

Dünya xəbərləri Materials 14 Oktyabr 2009 21:15 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan 11 nəfərdən ibarət azərbaycanlı millət vəkilləri ilə görüşündən sonra keçirdiyi mətbuat konfransında ölkəsinin Dağlıq Qarabağ probleminin həlli üçün əlindən gələni edəcəyini bildirib.
Dağlıq Qarabağ probleminin həll edilməsi üçün Türkiyə əlindən gələni edəcək - Türkiyənin Baş naziri

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan 11 nəfərdən ibarət azərbaycanlı millət vəkilləri ilə görüşündən sonra keçirdiyi mətbuat konfransında ölkəsinin Dağlıq Qarabağ probleminin həlli üçün əlindən gələni edəcəyini bildirib. Bu haqda Türkiyənin CNN Türk telekanalı məlumat verib.

Trend -un arayışı: Oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb.

Azərbaycan Milli Məclisinin üzvlərindən - Səməd Seyidov, Nizami Cəfərov, Əli Hüseynov, Qənirə Paşayeva, Mübariz Qurbanlı, Qüdrət Həsənquliyev, Əkrəm Abdullayev, Gültəkin Hacıbəyli, Asəf Hacıyev, Rövşən Rzayev və Fəzail Ağamalı mövcud vəziyyəti daha dərindən öyrənmək məqsədilə Ankarada bir sıra görüşlər keçirəcək.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti