Qazaxıstan Pezidenti Nursultan Nazarbayev Ankaraya səfəri öncəsi Türkiyənin SABAH qəzetinə veridiyi açıqlamada Türkiyə-Ermənistan yaxınlaşmasından Azərbaycanın narahatlığının anlaşılan olduğunu bildirib. Bu haqda Türkiyənin SABAH qəzeti məlumat verib.
"Türkiyə-Ermənistan yaxınlaşmasında Azərbaycanın narahatlığı anlaşılandır. İki ölkə arasında olan yaxınlaşma haqda Azərbaycan tərəfinə tam şəkildə məlumat verilməlidir", - deyə Nazarbayev bildirib.
Qazaxıstan Prezidenti onu da qeyd edib ki, Qafqazda sülh və sabitliyin olması Dağlıq Qarabağ probleminin həlli istiqamətində müsbət nəticə verəcək.
Nazarbayevin sözlərinə görə, Qafqazda sülhün olması, Türkiyə-Ermənistan əlaqələrinin inkişafı üçün çalışanlardan bir də o özüdür.
"Bu məsələlərdən ölkələrin ictimaiyyəti tam olaraq məlumatlandırılmalıdır", - deyə Nazarbayev əlavə edib.