İranın Beyrutdakı müvəqqəti işlər üzrə vəkili Məsud Hüseyniyan bildirib ki, Livanın Baş naziri Səid Həririnin İrana səfəri ilə bağlı razılıq əldə olunub və onunla görüşdə Həriri bu səfərin baş tutacağını vurğulayıb. Bu barədə FARS xəbər agentliyi məlumat yayıb.
Hüseyniyan deyib ki, səfərin dəqiq vaxtı yaxın günlərdə açıqlanacaq.
Hüseyniyan həmçinin Livanın Mərkəzi Bankının rəhbəri Riyad Salamenin martın sonlarında İrana səfər edəcəyini bildirib. O, iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi ilə bağlı İran rəsmiləri ilə müzakirələr aparacaq.