...

Sabahdan etibarən İranda 4 gün tətil olacaq

Dünya xəbərləri Materials 10 Fevral 2010 15:48 (UTC +04:00)
İSNA xəbər agentliyinin məlumatına əsasən, tətillər fevralın 11-12-də İran İslam İnqilabının qələbə qazanmasının 31-ci il ildönümü münasibəti ilə ölkənin müxtəlif şəhərlərində keçirilən mitinqlər, fevralın 13-də İslam peyğəmbəri Həzrət Məhəmmədin, onun nəvəsi İmam Həsənin, fevralın 15-də isə İmam Rzanın vəfat etmələrinin ildönümü ilə əlaqədardır.
Sabahdan etibarən İranda 4 gün tətil olacaq

İranda fevralın 11-dən etibarən 4 gün tətil olacaq. İSNA xəbər agentliyinin məlumatına əsasən, tətillər fevralın 11-12-də İran İslam İnqilabının qələbə qazanmasının 31-ci il ildönümü münasibəti ilə ölkənin müxtəlif şəhərlərində keçirilən mitinqlər, fevralın 13-də İslam peyğəmbəri Həzrət Məhəmmədin, onun nəvəsi İmam Həsənin, fevralın 15-də isə İmam Rzanın vəfat etmələrinin ildönümü ilə əlaqədardır.

İran Parlamenti boşluqda qalan bir gün - fevralın 14-də təhsil müəssisələrinin və dövlət qurumlarının işləyib-işləməməsi ilə bağlı sabah qərar verəcək.

Məlumata əsasən, İranda nəşr olunan 21 qəzet fevralın 14-də yayımlanmayacaqlarını açıqlayıblar.

Xəbər lenti

Xəbər lenti