...

ABŞ Suriya ilə əlaqələri yaxşılaşdırmağa çalışır

Dünya xəbərləri Materials 18 Fevral 2010 12:50 (UTC +04:00)
ABŞ Dövlət Katibinin siyasi məsələlər üzrə müavini Bill Berns Dəməşqdə Vaşinqtonun Suriya ilə gələcək əməkdaşlığı inkişaf etdirmək istəyi və səyləri haqqında bəyan edib. Bu barədə SANA agentliyi yazır.
ABŞ Suriya ilə əlaqələri yaxşılaşdırmağa çalışır

ABŞ Dövlət Katibinin siyasi məsələlər üzrə müavini Bill Berns Dəməşqdə Vaşinqtonun Suriya ilə gələcək əməkdaşlığı inkişaf etdirmək istəyi və səyləri haqqında bəyan edib. Bu barədə SANA agentliyi yazır.

Bernsin Dəməşqdə Prezident Bəşşar əl-Əsəd ilə danışıqları ABŞ Prezidenti Barak Obamanın Suriyada ABŞ-ın yeni səfirinin adının elan edilməsi fonunda keçib.Senat hazırda ABŞ-ın İraqdakı səfirinin müavini vəzifəsini icra edən Fordun namizədliyini hələ təsdiq etməlidir. Bu barədə RİA Novosti yazır.
Ötən il dekabrın sonunda yerli KİV Vaşinqton administrasiyasındakı mənbəyə istinadən bildirib ki, ABŞ Prezidenti Barak Obama yaxın "bir neçə həftədə" Suriyada beş il boş qalan vəzifəyə artıq yeni səfir təyin edəcək.

ABŞ səfiri 2005-ci il fevralın 14-də Beyrutda baş vermiş güclü partlayış nəticəsində Livanın keçmiş Baş naziri Rəfiq əl-Həririnin həlak olmasından sonrakı gün geri çağırılıb. ABŞ və digər ölkələr onun ölümündə məsuliyyəti Suriyanın üzərinə qoyub və bunun nəticəsində Birləşmiş Ştatların bu ölkə ilə əlaqələri pisləşib. Dəməşqdən səfirin geri çağırılması haqqında prinsipial qərar Vaşinqton tərəfindən 2009-cu ilin iyununda qəbul edilib. Dəməşqə bu il ilk olaraq səfər edən Amerikanın yüksək rütbəli məmurlarından biri Berns bildirib ki, Senat tərəfindən namizədliyinin təsdiq olunmasından sonra Ağ Evin Suriyaya səfir təyin etməsi Vaşinqtonun Suriya ilə münasibətləri yaxşılaşdırmağa və Suriyanın bu məsələdə mərkəzi rolunu qeyd edərək regionda sülh prosesində irəliləyişə nail olmağa hazır olmasına dəqiq siqnaldır.

Corc Buş administrasiyası Suriyanı terorizmi dəstəkləyən ölkələr siyahısına daxil etməsinə baxmayaraq Bernslə yanaşı, Terorizmlə Mübarizə üzrə Dövlət Departamentinin nümayəndəsi Dan Benyamin də Dəməşqdə danışıqlar keçirəcək. Vaşinqton ABŞ-ın teror təşkilatları siyahısına daxil olan fələstinin HƏMAS hərəkatına və Livanın İranyönlü Hizbullah partiyasına siyasi dəstək verdiyinə görə Suriyanı dəfələrlə tənqid edib.

Dövlət Katibinin müavini bəyan edib ki, qarşıda duran problemlərə baxmayaraq, ABŞ Suriya ilə münasibətlərdə irəliləyişin əldə olunmasına ümid edir.

Xəbər lenti

Xəbər lenti