İranın xarici işlər naziri Mənüçöhr Müttəki Uqandaya rəsmi səfər zamanı həmkarı Sem Kutesa ilə görüşüb. Bu barədə İranın IRINN televiziyasının rəsmi saytında məlumat verilib.
"İran Afrika ölkələri ilə çoxtərəfli münasibətləri inkişaf etdirməyə çalışır", - Müttəki görüş zamanı deyib.
O həmçinin bildirib ki, İran Uqandanın İslam Respublikasında özəl və iqtisadi sektora sərməyə yatırmasını alqışlayır. Bunun üçün iki ölkə arasında ticarət mexanizmini sadələşdirmək vacibdir.
Kutesa Uqanda və İran arasında münasibətlərin inkişafından razı olduğunu bildirib. O, gələcəkdə Uqandanın paytaxtı Kampalada İran xəstəxanasının inşası barədə danışıb və bildirib ki, səhiyyə sahəsində əməkdaşlığın inkişafı üçün bütün imkanlar yaradılacaq.