...

İran Zimbabveyə Qərbin sanksiyaları ilə mübarizə aparmağa kömək edəcək - Mahmud Əhmədinejad

Dünya xəbərləri Materials 9 Mart 2010 12:25 (UTC +04:00)
İran Qərbin Harareyə tətbiq etdiyi sanksiyalarla mübarizədə Zimbabveyə kömək üçün əlindən gələni edəcək. Bunu İran Prezidenti Mahmud Əhmədinejad deyib.
İran Zimbabveyə Qərbin sanksiyaları ilə mübarizə aparmağa kömək edəcək - Mahmud Əhmədinejad

İran Qərbin Harareyə tətbiq etdiyi sanksiyalarla mübarizədə Zimbabveyə kömək üçün əlindən gələni edəcək. Bunu İran Prezidenti Mahmud Əhmədinejad deyib. Məlumatı Press TV yayıb.

Əhmədinejad bazar ertəsi Tehranda Zimbabvenin dövlət katibi Didimus Mutasa ilə görüşü zamanı bu bəyanatla çıxış edib.
"İslam Respublikası "qanunsuz təzyiq"ə qarşı mübarizədə Zimbabveni dəstəkləyəcək", - o bildirib.

Əhmədinejad bəyan edib ki, İran həmişə Zimbabveni təslim olmağa məcbur edən hegemon dövlətlər tərəfindən edilən qanunsuz təzyiqləri pisləyib. O, əfqan ölkələrinin müqavimətini yüksək qiymətləndirib.

Əhmədinejad, həmçinin, iki ölkə arasında imzalanan bütün müqavilələrin yerinə yetirilməsinə çağırıb.
Mutasa Zimbabve prezidenti Robert Muqabenin məktubunu İran prezidentinə təqdim edib.
O, həmçinin, İranı Zimbabve ilə fəal əməkdaşlığa və ölkəyə sərmayə qoymağa dəvət edib.

Xəbər lenti

Xəbər lenti