...

İranda 16 jurnal və bir qəzet xəbərdarlıq alıb

Dünya xəbərləri Materials 9 Mart 2010 17:53 (UTC +04:00)
İran Mədəniyyət Nazirliyinin Mətbuat İdarəsi ölkənin 17 tanınmış iqtidaryönlü və müxalifətyönlü dövri çap nəşrinə xəbərdarlıq edib.
İranda 16 jurnal və bir qəzet xəbərdarlıq alıb

İran Mədəniyyət Nazirliyinin Mətbuat İdarəsi ölkənin 17 tanınmış iqtidaryönlü və müxalifətyönlü dövri çap nəşrinə xəbərdarlıq edib. Bu barədə IRINN telekanalının saytı məlumat verir.

Xəbərdarlıq alan nəşrlər "Nasle Emruz" ("Nəsil bu gün"), "Banu-e Şərqi" ("Şərq Qadını"), "Aiene-e zendeqi" ("Həyatın aynası"), "Payamavar" ("Müjdəçi"), "Sepidar", "Pişxan", "Zendeqi-e İran"("İranda həyat"), "Medad rənqi", "Zendeqi-e ideal" ("İdealın Həyatı"), "Ruyeş", "Kuhenur", "Tövhid", "Rahe zendeqi" ("Həyat yolu"), "Sinema-e Emruz"("Kino bu gün"), "Çilçarx", "Futbol" jurnalları və "Bahar" qəzetidir.

Xəbardarlığın verilməsində səbəb həmin nəşrlərin işıqlandırdığı hadisələr arasında uyğunsuzluğun olması, yalnış məlumatların yayılmas, və dövlət bayrağının təhrif edilməsidir.

Bir müddət əvvəl - bu ilin yanvar ayında 15 İran qəzetinə xəbərdarlıq edilmişdi.

Xəbər lenti

Xəbər lenti