İran və Əfqanıstanın müştərək mənafeyi və düşmənləri var - İran Prezidenti

Dünya xəbərləri Materials 10 Mart 2010 14:16 (UTC +04:00)

İran Prezidenti Mahmud Əhmədinejad əfqanıstanlı həmkarı Həmid Kərzayi ilə görüşüb. Görüşdə ikitərəfli əlaqələr və regiondakı əhəmiyyətli məsələlər haqda müzakirələr aparılıb. Bu barədə İran Prezident Administrasiyasının rəsmi xəbər saytı məlumat yayıb.

Əhmədinejad bildirib ki, İran və Əfqanıstan ölkələri və xalqlarının taleyi tarixboyu bir-biri ilə sıx əlaqədə olub, İran və Əfqanıstanın müştərək mənafeyi və düşmənləri var.

Əfqanıstan iki ölkə arasında əməkdaşlığın artırılmasının zəruriliyindən danışıb və deyib ki, rabitə, enerji, təhsil və mədəniyyət sahələrində sərmayələrin yatırılması və əməkdaşlıq sürətlənməldir. "İran və Əfqanıstan arasında əməkdaşlığın artırılmasında heç bir məhdudiyyət yoxdur", - Əhmədinejad deyib.

Əhmədinejad əlavə edib ki, əcnəbi ölkələr Əfqanıstanın azad və inkişaf etmiş ölkə olmasını istəmir. O vurğulayıb: "Əfqanıstan xalqı uzun illərdir çətinliklərlə üzləşib və əcnəbilər istəmir Əfqanıstan əhalisi inkişaf etsin və təhlükəsiz yaşasın".

Görüşdə Kərzayi də öz növbəsində bildirib ki, Əfqanıstan İranla bütün sahələrdə əməkdaşlığını artırmağa hazırdır.

Xəbər lenti

Xəbər lenti