...

Obama Türkiyə və Ermənistanı münasibətləri normallaşdırmağa çağırıb

Dünya xəbərləri Materials 13 Aprel 2010 11:22 (UTC +04:00)

ABŞ Prezidenti Barak Obama Türkiyə və Ermənistanı münasibətləri normallaşdırmaq üçün bütün səyləri görməyə çağırıb, - "RİA- Novosti" məlumat verir

ABŞ Prezidenti Barak Obama Türkiyə və Ermənistanı iki ölkə arasında münasibətləri normallaşdırmaq üçün bütün səyləri görməyə və diplomatik münasibətlərin yaradılması haqqında protokolları ratifikasiya etməyə çağırıb", - Obama və Sarqsyanın görüşündən sonra Ağ evin mətbuat xidmətinin yayılan məlumatında deyilir.

Obama bildirib ki, Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması Amerika xalqının maraqlarına cavab verir.

Görüş nüvə təhlükəsizliyi üzrə Vaşinqtondakı sammit çərçivəsində bağlı qapılar arxasında keçib. Bazar ertəsi Sarqsyan, həmçinin, Vaşinqtonda Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Xəbər lenti

Xəbər lenti