...

Dəniz Baykalın partiyasına Cevdet Selvi başçılıq edəcək

Dünya xəbərləri Materials 11 May 2010 16:18 (UTC +04:00)
Dəniz Baykalı müxalifətçi Cümhuriyyət Xalq Partiyasının sədri postunda Cevdet Selvi əvəz edəcək.
Dəniz Baykalın partiyasına Cevdet Selvi başçılıq edəcək

Dəniz Baykalı müxalifətçi Cümhuriyyət Xalq Partiyasının sədri postunda Cevdet Selvi əvəz edəcək. Bu barədə CNN Turk telekanalının saytında məlumat verilib.

Baykal bazar ertəsi internetdə onun barəsində seks-qalmaqalla bağlı videoçarxın yayımlanmasından sonra istefa verib.

Hakim Ədalət və İnkişaf Partiyası (AKP) müxalifət liderinin istefasında əli olduğunu inkar edir.

Bu arada Cümhuriyyət Xalq Partiyasının üzvü Kamal Kılıcdaroğlu bəyan edib ki, partiyasə da hakim Ədalət və İnkişaf Partiyasının yüksəkvəzifəli üzvlərini gözdən salacaq analoji videoyazılara malikdir. Bu barədə CNN Turk telekanalının saytı "Hürriyet" qəzetinə istinadən yazır.

Xəbər lenti

Xəbər lenti