...

Əhmədinejad Türkiyəyə səfər edib

Dünya xəbərləri Materials 7 İyun 2010 11:41 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad Asiya ölkələri başçılarının sammitində iştirak etmək üçün Türkiyəyə səfər edib.
Əhmədinejad Türkiyəyə səfər edib

İran Prezidenti Mahmud Əhmədinejad Asiya ölkələri başçılarının sammitində iştirak etmək üçün Türkiyəyə səfər edib. Əhmədinejad bu gün - iyunun 7-də - Türkiyəyə səfər edəcək. İran rəsmi telekanalının (İRİNN) yaydığı məlumata əsasən, sammitdə regionun təhlükəsizliyi, Asiya ölkələrinin qarşılıqlı əməkdaşlığı və regional problemlərin həlli müzakirə olunacaq.

Əhmədinejad bu səfərdə Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanla uran mübadiləsi haqda müzakirələr aparacaq.

İran, Brazilya və Türkiyənin vasitəçiliyi ilə razılıq bildirib ki, 1 200 kq 3,5 faiz zənginləşdirilmiş uranı Türkiyəyə göndərib, bir ildən sonra isə Əmirabad nüvə laboratoriyasından uran yanacağını təhvil alsın. Mayın 17-də bu barədə əldə olunan sazişə Qərb biganə yanaşıb və hazırda BMT Təhlükəsizlik Şurasında İrana qarşı yeni sanksiyaların qəbulu müzakirə olunur. Qərb İrandan tələb edir ki, uranzənginləşdirmə planını dayandırsın.

Əhmədinejad Türkiyədən sonra, Tacikistan və Çinə də səfər edəcək. İRİNN-in məlumatına əsasən, Əhmədinejadın Çinə səfəri dörd gün davam edəcək və rəsmi Pekinlə İranın nüvə proqramı haqda müzakirələr keçiriləcək.

Xəbər lenti

Xəbər lenti