...

İran XİN başçısı Özbəkistan və İrlandiyaya səfər edəcək

Dünya xəbərləri Materials 9 İyun 2010 10:36 (UTC +04:00)
İranın xarici işlər naziri Mənuçöhr Möttəki bu həftə Özbəkistan və İrlandiyaya səfər edəcək. Bu barədə Press TV xəbər verir.
İran XİN başçısı Özbəkistan və İrlandiyaya səfər edəcək

İranın xarici işlər naziri Mənuçöhr Möttəki bu həftə Özbəkistan və İrlandiyaya səfər edəcək. Bu barədə Press TV xəbər verir.

İrlandiyada Möttəki özünün irlandiyalı həmkarı və digər rəsmi şəxslərlə danışıqlar aparacaq və onlarla ikitərəfli əlaqələrin genişləndirilməsi yolları və regional məsələləri müzakirə edəcək, - İran XİN-in bəyanatında belə deyilir.

İrlandiyanın paytaxtı Dublində yerləşən Beynəlxalq və Avropa Məsələləri İnstitutu Möttəkini İranın xarici siyasətinə dair nitqlə çıxış etməyə dəvət edib. Bu barədə "Mehr" agentliyi xəbər verir.

Daha sonra Möttəki Daşkəndə yola düşəcək və burada Özbəkistan XİN başçısı Vladimir Norovla görüşəcək.

Xəbər lenti

Xəbər lenti