...

Əfqanıstanın xarici işlər naziri İrana səfər edib

Dünya xəbərləri Materials 15 İyul 2010 11:03 (UTC +04:00)
Əfqanıstanın xarici işlər naziri Zulmay Rəsul bu gün İrana səfər edib
Əfqanıstanın xarici işlər naziri İrana səfər edib

Əfqanıstanın xarici işlər naziri Zulmay Rəsul bu gün İrana səfər edib. Bu barədə İranın FARS xəbər agentliyi məlumat verib.

Zulmay birgünlük səfəri zamanı İran rəsmiləri ilə ikitərəfli əlaqələr və Əfqanıstanın vəziyyəti ilə bağlı müzakirələr aparacaq.

Məlumata əsasən, səfərdə məqsəd iyulun 20-də Kabildə Əfqanıstanın vəziyyəti ilə bağlı keçiriləcək beynəlxalq konfransa İranı dəvət etməkdir. Əfqanıstanın vəziyyəti ilə bağlı Kabildə keçiriləcək konfransda BMT-nin Baş katibi və 70 ölkənin xarici işlər naziri iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti