...

İranda Ramazan ayı münasibətilə 2800 məhbus azadlığa buraxılacaq

Dünya xəbərləri Materials 11 Avqust 2010 12:17 (UTC +04:00)
İranda Ramazan ayı münasibətilə 2800 məhbus azadlığa buraxılacaq. Bu məhbuslar, əsasən, imkansızlıqları ucbatından həqiqi və hüquqi şəxslərə borclu olan şəxslərdir. Bunu İranın həbsxanalar təşkilatının rəhbəri Qulamhüseyn İsmaili deyib. Bu barədə İranın khabaronline.ir xəbər saytı məlumat verir.
İranda Ramazan ayı münasibətilə 2800 məhbus azadlığa buraxılacaq

İranda Ramazan ayı münasibətilə 2800 məhbus azadlığa buraxılacaq. Bu məhbuslar, əsasən, imkansızlıqları ucbatından fiziki və hüquqi şəxslərə borclu olan şəxslərdir. Bunu İranın həbsxanalar təşkilatının rəhbəri Qulamhüseyn İsmaili deyib. Bu barədə İranın khabaronline.ir xəbər saytı məlumat verir.

İsmaili deyib ki, bu şəxslərin borclarının ödənilməsinin bəzisi hökumətin vəsaiti hesabına aparılıb, bəzilərini borc sahibləri bağışlayıb və bəzi digərləri isə sığorta tərəfindən ödənilib. "Hökumət ötən il məhbusların azadlığa buraxılmaları üçün işlərin görülməsi məqsədilə 50 milyon dollar vəsait ayırıb ki, indiyədək bu vəsaitin 35 milyon dolları xərclənib", - İsmaili deyib.

Xəbər lenti

Xəbər lenti