Azərbaycan, Bakı, 20 avqust /Trend/
Rusiya və Ermənistan fəaliyyət sənədinin müddətinin uzadılması üzrə 1995-ci ildən bəri Gümrüdə Rusiya hərbi bazası haqqında ikitərəfli müqaviləyə dəyişikliklərin daxil edilməsi haqqında protokol imzalayıblar, - məlumatı "RİA-Novosti" yayıb.
1995-ci il müqaviləsinin fəaliyyət müddəti 25 il təşkil edirdi, indi isə sənəd 49 il qüvvədə olacaq (1995-ci ildən başlayaraq).
Protokolu iki ölkənin müdafiə nazirləri imzalayıblar. Sənəd iki ölkə prezidentləri - Dmitri Medvedev və Serj Sarkisyan arasında danışıqların yekunlarına əsasən imzalanıb.