...

İranda "Müqəddəs müdafiə" həftəsi münasibətilə hərbi parad keçiriləcək

Dünya xəbərləri Materials 8 Sentyabr 2010 12:21 (UTC +04:00)
İranda "Müqəddəs müdafiə" həftəsi münasibətilə sentyabrın 22-də hərbi parad keçiriləcək. Hərbi paradda İran Silahlı Qüvvələrinin bütün bölmələri, "Sepah" korpusu qüvvələri, Quru Qoşunları və Hərbi Hava Qüvvələri iştirak edəcəklər. Bu barədə İranın FARS xəbər agentliyi məlumat yayıb.
İranda "Müqəddəs müdafiə" həftəsi münasibətilə hərbi parad keçiriləcək

İranda "Müqəddəs müdafiə" həftəsi münasibətilə sentyabrın 22-də hərbi parad keçiriləcək. Hərbi paradda İran Silahlı Qüvvələrinin bütün bölmələri, "Sepah" korpusu qüvvələri, Quru Qoşunları və Hərbi Hava Qüvvələri iştirak edəcəklər. Bu barədə İranın FARS xəbər agentliyi məlumat yayıb.

Hər il İraqın İrana hücum etdiyi gün İranda "Müqəddəs müdafiə" həftəsi kimi qeyd olunur. Bu münasibətlə Tehran və başqa şəhərlərdə hərbi texnikanın nümayiş olunduğu hərbi paradlar keçirilir. İran-İraq müharibəsi 1980-ci il sentyabrın 22-də İraq ordusunun İranın Xuzistan əyalətinə hücum etməsi ilə başlayıb. Müharibə 1988-ci il avqustun 20-də bağlanmış atəşkəs müqaviləsi ilə başa çatmış və hər iki dövlətin sərhədləri müharibədənəvvəlki vəziyyətdə qalıb.

İran Hərbi Hava Qüvvələrinin (HHQ) komandiri general Həsən Şahsəfi bildirib ki, hərbi paradda İran Hərbi Hava Qüvvələrinin onlarca qırıcı, yükdaşıyan, yanacaqdolduran təyyarəsi iştirak edəcək.

O, həmçinin, əlavə edib ki, həmin gün İran xalqına HHQ-nin yeni nailiyyətiləri haqqında şad xəbərlər də veriləcək.

Xəbər lenti

Xəbər lenti