...

Türkiyə konstitusiya dəyişikliyinə "hə" deyib - ilkin nəticələr

Dünya xəbərləri Materials 12 Sentyabr 2010 22:16 (UTC +04:00)
Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı referendumun ilkin nəticələrinə gorə 98,36 % seçki bülletenləri sayılıb və onlardan 58,07 % konstitusiya dəyişikliyinə "hə" deyib.
Türkiyə konstitusiya dəyişikliyinə "hə" deyib - ilkin nəticələr

Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı referendumun ilkin nəticələrinə gorə 98,36 % seçki bülletenləri sayılıb və onlardan 58,07 % konstitusiya dəyişikliyinə "hə" deyib. Bu məlumatı CNN Turk kanalı yayıb.

Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı referendum bazar günü başa çatıb, hal hazırda seçki bülletenləri sayılır.

49 milyon seçici referendumda konstitusiya dəyişikliyinə "hə" və ya "yox" deyəcək, TRT-ın Azərbaycan redaksiyası xəbər verir.

Səsvermə ölkənin şərq hissəsində yerli vaxtla 07:00-da, qərb hissəsində 08:00-da başlayıb, müvafiq olaraq 16:00 və 17:00-da başa çatıb.

Referendumda provokasiyalarla bağlı məlumat alan təhlükəsizlik qüvvələri ən yüksək hazırlıq vəziyyətinə gətirilib.
Xüsusilə ölkənin cənub-şərq vilayətlərində fövqəladə tədbirlər görülüb. Diyarbəkirdə 7650 polis vəziyyətə nəzarət edir.

Təhlükəsizlik baxımından xüsusi əhəmiyyət daşıyan bölgələrdə qutular zirehli hərbi avtomobillərin müşayiətilə seçki məntəqələrinə aparılıb. Dağ kəndlərindəki seçki komissiyaları üzvləri isə vertolyotlarla məntəqələrə çatdırılıblar.

İstanbul, Van və Batmanda boykot vərəqələri yayan, vətəndaşları təhdid edən və seçki məntəqələrinin qurulduğu məktəblərdə aksiya keçirməyi planlaşdıran 61 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti