...

Medvedev İrana S-300 və digər silahların verilməsini qadağan edib

Dünya xəbərləri Materials 22 Sentyabr 2010 20:58 (UTC +04:00)
Rusiya Prezidenti Dmitri Medvedev İrana S-300, zirehli texnika, döyüş təyyarələri, vertolyot və gəmilərin tədarükünü qadağan edib. Çərşənbə günü Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, bu, dövlət başçısının BMT Təhlükəsizlik Şurasının 9 iyun 2010-cu il tarixli 1929 saylı qətnaməsinin yerinə yetirilməsi üzrə tədbirlər haqqında imzaladığı fərmanı nəzərdə tutur. Məlumatı "RİA Novosti" yayıb.
Medvedev İrana S-300 və digər silahların verilməsini qadağan edib

Rusiya Prezidenti Dmitri Medvedev İrana S-300, zirehli texnika, döyüş təyyarələri, vertolyot və gəmilərin tədarükünü qadağan edib. Çərşənbə günü Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, bu, dövlət başçısının BMT Təhlükəsizlik Şurasının 9 iyun 2010-cu il tarixli 1929 saylı qətnaməsinin yerinə yetirilməsi üzrə tədbirlər haqqında imzaladığı fərmanı nəzərdə tutur. Məlumatı "RİA Novosti" yayıb.

"Fərmana əsasən, Rusiya ərazisi ilə (o cümlədən hava nəqliyyatı ilə) tranzit yerdəyişmə, Rusiya ərazisindən İrana daşınma qadağan edilir, eləcə də İrana Rusiya hüdudlarından kənarda dəniz və hava gəmilərindən istifadə etməklə Rusiyanın dövlət bayrağı altında istənilən döyüş tankları, döyüş zirehli maşınları, böyük kalibrli artilleriya sistemləri, döyüş təyyarələri, döyüş vertolyotları, hərbi gəmilər, BMT-nin adi silahlar haqqında Registrin məqsədləri üçün raket və ya raket sistemləri, S-300 zenit raket sistemləri və ya bütün yuxarıda göstərilənlərlə əlaqədar material vasitələrinin, o cümlədən ehtiyat hissələrinin verilməsi qadağan olunur", - mətbuat xidməti məlumat verib.

Xəbər lenti

Xəbər lenti