...

"Asiya Əməkdaşlıq Dialoqu"nun növbəti iclası İranda keçiriləcək

Dünya xəbərləri Materials 7 Noyabr 2010 10:34 (UTC +04:00)
İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst "Asiya Əməkdaşlıq Dialoqu"nun doqquzuncu iclasının Tehranda keçiriləcəyini bildirib.
"Asiya Əməkdaşlıq Dialoqu"nun növbəti iclası İranda keçiriləcək

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst "Asiya Əməkdaşlıq Dialoqu"nun (Asia Cooperation Dialogue) doqquzuncu iclasının Tehranda keçiriləcəyini bildirib. O deyib ki, iclasda iştirak etmək üçün Asiyanın 10 ölkəsinin xarici işlər naziri və 31 ölkədən nümayəndələr İrana səfər edəcək. Bu barədə İranın FARS xəbər agentliyi məlumat verib.

Mehmanpərəst əlavə edib ki, iclas noyabrın 8-də başlayacaq və iki gün davam edəcək.

"Asiya Əməkdaşlıq Dialoqu" 2001-ci ildə təşkil olunub və tərkibinə 31 ölkə , o cümlədən İran, Rusiya, Çin, Yaponiya, Cənubi Koreya, Malayziya, Hindistan və Pakistan daxildir.

Xəbər lenti

Xəbər lenti