İranın xarici işlər naziri Mənuçöhr Müttəki Yunanıstanda səfərdədir. Məlumatı İranın IRINN kanalının xəbər saytı yayıb.
Məlumata əsasən, Müttəki iki ölkə arasında əməkdaşlıq perspektivləri, regional və beynəlxalq məsələlər barədə müzakirələr aparacaq. Müttəki Yunanıstan Prezidenti Karolos Papulyasla də görüşəcək.
İran və Yunanıstan arasında illik mal dövriyyəsi 3 milyard dollar təşkil edir. İran Yunanıstana sutkada 130 min barel neft ixrac edir.