Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çərşənbə axşamı BMT Təhlükəsizlik Şurasının İraqla bağlı iclası ərəfəsində qurumun baş katibi Pan Gi Munla görüşüb. Məlumatı "Anadolu" informasiya agentliyi yayıb.
Görüş zamanı tərəflər Kipr məsələsi, İraqdakı vəziyyət, Yaxın Şərq danışıqlar prosesi, İranın nüvə proqramı, Sudandakı referendumu və BMT-nin İsrail hərbçilərinin "Azadlıq donanması"na hücumu ilə bağlı insidenti araşdırmasını müzakirə ediblər.