İranın Qazaxıstandakı səfiri Qurban Seyfi bu gün bu ölkənin Əmək və Sosial İşlər Naziri xanım Qulşara Abdıkalikova ilə görüşüb. Görüşdə səfir ölkəsinin Qazağıstana işçi qüvvəsi göndərməyə hazır olduğunu deyib. Trend-in məlumatına görə, bu barədə İranın MEHR xəbər agentliyi məlumat verib.
Məlumata əsasən, görüşdə iki ölkənin Əmək və Sosial İşlər nazirliklərinin əməkdaşlıq prespektivləri, Qazaxıstan Əmək və Sosial İşlər Nazirliyinin işçi qrupunun İrana səfəri və xanım Abdıkalikovanın İranlı həmkarı ilə görüşmək məqsədilə Tehrana səfəri də müzakirə olunub.