...

"Ermənistan gücü" cinayətkar dəstəsinin üzvləri arasında Ermənistan vətəndaşları ola bilər - KİV

Dünya xəbərləri Materials 22 Fevral 2011 02:34 (UTC +04:00)
Ermənistan Xarici İşlər Nazirliyi "Azatutün" (Azadlıq) radiostansiyanın əldə etdiyi məlumata görə ABŞ-da həbs edilmiş "Ermənistan gücü" cinayətkar dəstəsinin üzvləri arasında Ermənistan vətəndaşları ola biləcəyinə dair heç bir şərh verməyib.
"Ermənistan gücü" cinayətkar dəstəsinin üzvləri arasında Ermənistan vətəndaşları ola bilər - KİV

Ermənistan Xarici İşlər Nazirliyi "Azatutün" (Azadlıq) radiostansiyanın əldə etdiyi məlumata görə ABŞ-da həbs edilmiş "Ermənistan gücü" cinayətkar dəstəsinin üzvləri arasında Ermənistan vətəndaşları ola biləcəyinə dair heç bir şərh verməyib.

Bəzi məlumatlara görə, dəstənin onlarla üzvləri Ermənistanda anadan olmuşdur. Lakin, Nazirliyin sözcüsü bu məlumatı şərh etmək istəmədiyini deyib, məlumatı Armenia Today yayıb.

Trend-in məlumatına görə, fevralın 16-da ABŞ-ın Federal Təhqiqat Bürosu (FBI) fırıldaqçılıq, çirkli pulların yuyulması, adam öldürmə, adam öldürməyə cəhd, adam oğurluğu, zorakılıqda təqsirləndirilən "Erməni gücü" cinayətkar dəstəsinin yüzə yaxın üzvünü həbs etmişdir.

Hüquq-mühafizə orqanların təqribi hesablamalara görə dəstənin reket, narkotiklərin qanunsuz dövriyyəsi, silah alveri və digər cinayətlərin törədməsi nəticəsində, ABŞ vətəndaşlarına 20 milyon dollardan artıq ziyan vurulub.

Ermənistanın Baş Prokurorluğu və Polis bildirib ki, ABŞ tərəfi erməni vətəndaşların
bu cinayətkar qrupun tərkibində olması ilə bağlı hər hansı bir məsələ aid Ermənistan hüquq-mühafizə orqanlarına hələ müraciət etməyib.

Baş Prokurorluqun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şagen Tonoyan söyləyib ki,
cinayətkar qrupunun üzvləri Ermənistan vətəndaşları olsada, onları ABŞ-da mühakimə etmək lazımdır.

"Hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq onlar cinayət törədildiyi ölkənin qanunlarına əsasən mühakimə olunmalıdır", Tonoyan söylədi. O, həmçinin əlavə etdi ki
Ermənistan ilə ABŞ arasında ekstradisiya dair heç bir hüquqi sənəd yoxdur.

Cinayət işinə görə, dəstənin meksika mafiası, habelə şərqi Avropa cinayətkar qrupları ilə yaxın əlaqələri vardır. FBI bildirib ki, dəstə gəlirlənin bir hissəsini Ermənistana
göndərirdi

Xəbər lenti

Xəbər lenti