...

Xalq Məclisi və Gürcü partiyası cəsarətli hərəkət etmək üçün adamların "kritik" sayını gözləyirlər

Dünya xəbərləri Materials 22 May 2011 20:01 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 22 may /Trend müxbir N.Kirtsxalia/

Xalq Məclisi və Gürcü partiyası Gürcüstanın İctimai televiziyasının qabağında mövqelərini gücləndirməyə qərara alıblar. Aksiya "Maestro" telekanalının vasitəsilə canlı yayımlanacaq. Bu barədə, iki saatlıq danışıqlardan sonra Xalq Məclisinin sədri Nona Qaprindaşvili deyib.

"Bizi bütün axşam ərzində canlı yayımda göstərəcəklər", Qaprindaşvili bildirib.

Qeyd etmək lazımdır ki, artıq ikinci gündür ki, aksiya İctimai televiziyanın ikinci kanalı və "Maestro" telekanalı tərəfindən canlı yayımlanır.

Qaprindaşvili bildirdi ki, bu müddət ərzində yorulan aksiya iştirakçılarını Gürcü partiyasının üzvləri əvəze dəcəklər.

Həmçinin, müxalifətçilərin qarşısında çıxış edən Nino Burcanadze bildirdi ki, aksiya digər müxalifət partiyalarının hesabına genişlənir, və yalnız Mixeil Saakaşvilinin istefasından sonra başa çatacaq.

Burcanadze qeyd etdi ki, növbəti etiraz aksiyası sabah yerli vaxtla 15:00-da baş tutacaq. "Əgər sabah kritik sayda insan toplaşsa, biz cəsarətli addımlara əl atacağıq", Burcanadze deyib.

Qeyd etmək lazımdır ki, indi aksiyada bir minə yaxın nəfər adam iştirak edir.

Xəbər lenti

Xəbər lenti