...

Xüsusi təyinatlı dəstələr Rustaveli prospektində toplaşan Xalq Məclisinin tərəfdaşlarını qovdular

Dünya xəbərləri Materials 26 May 2011 05:25 (UTC +04:00)
Xüsusi təyinatlı dəstələr Rustaveli prospektində toplaşan Xalq Məclisinin tərəfdaşlarını qovdular
Xüsusi təyinatlı dəstələr Rustaveli prospektində toplaşan Xalq Məclisinin tərəfdaşlarını qovdular

Xüsusi təyinatlı dəstələr Rustaveli prospektində toplaşan Xalq Məclisinin tərəfdaşlarını qovdular

Gürcüstan, Tbilisi, 26 may /Trend, müxbir N.Kirtsxalia/

Gözyaşardıcı qazı və rezin güllələrini tətbiq edərək, xüsusi xidmət orqanları bu gecə, Rustaveli prospektində toplaşmış müxalifətçiləri qovdular.

Aksiya iştirakçıları, bir neçə yüz nəfər müxalifətçilərin və onların liderlərinin toplaşdığı Gürcüstan Parlamentinin qabağındaki ərazini tərk etməyə məcbur oldular.

Etiraz aksiyasının dağıdılması zamanı zərər çəkənlərin sayı hələ məlum deyil. Jurnalistlərin sözlərin görə, xüsusi xidmət orqanları tərəfindən hər hansl bir ciddi güc tətbiq edilməyib.

Bu zaman Rustaveli prospektində müxalifətçilər yoxdur. Zərə çəkənlər var, lakin onların dəqiq sayı hələ məlum deyil.

Qeyd etmək lazımdır ki, yerli vaxtla saat 00:00-dan aksiyaya verilən icazə artıq bitmiş sayılırdı. Hakimiyyət müxalifətçiləri prospekti tərk etməyə çağırırdı. Lakin aksiya iştirakçıları Gürcüstan prezidentinə 26 may Müstəqillik gününə həsr olunmuş paradı qəbul etməyə mane olmaq istədilər.

Xəbər lenti

Xəbər lenti