...

Hakim Nur Otan Partiyası Qazaxıstandakı seçkilərdə səslərin əksəriyyətini toplayır – MSK

Dünya xəbərləri Materials 16 Yanvar 2012 11:05 (UTC +04:00)
Vilayət, Astana və Almatı şəhər seçki komissiyalarından alınan ilkin məlumatlara görə, hakim Nur Otan Partiyası Qazaxıstan Məclisinə (Parlamentin aşağı palatasına) seçkilərdə səslərin 80,74 faizini, Ak Jol - 7,46 faizini, Kommunist Partiyası - 7,2 faizini toplayıb.
Hakim Nur Otan Partiyası Qazaxıstandakı seçkilərdə səslərin əksəriyyətini toplayır – MSK

Təfərrüatlar əlavə olunub, birinci xəbər saat 10:31-də yayılıb

Qazaxıstan, Astana, 16 yanvar /Trend, müxbir K.Konırova/

Vilayət, Astana və Almatı şəhər seçki komissiyalarından alınan ilkin məlumatlara görə, hakim Nur Otan Partiyası Qazaxıstan Məclisinə (Parlamentin aşağı palatasına) seçkilərdə səslərin 80,74 faizini, Ak Jol - 7,46 faizini, Kommunist Partiyası - 7,2 faizini toplayıb.

"Hələlik bunlar ilkin nəticələrdir, çünki ərazi seçki komissiyalarının protokolları yalnız bu gün daxil olmağa başlayacaq. Seçki qanunvericiliyinə görə onların çatdırılmasına iki gün vaxt ayrılacaq", - bazar ertəsi ölkənin Mərkəzi Seçki Komissiyasının rəhbəri Kuandık Turqankulov brifinq zamanı bildirib.

Onun sözlərinə görə, protokolların daxil olmasından sonra həm seçkidə iştirak, həm də səsvermənin nəticələri dəqiqləşdiriləcək.
MSK partiya siyahıları üzrə Məclis deputatlarının seçkilərinə ərazi seçki komissiyalarının protokolları əsasında yanvarın 22-dən gec olmayaraq yekun vurmalıdır.

Xəbər lenti

Xəbər lenti